İranın altıncı yardım təyyarəsi Suriyaya çatıb

İranın altıncı yardım təyyarəsi Suriyaya çatıb

İran İslam Respublikasının Suriyanın zəlzələdən zərər çəkmiş xalqına humanitar yardım aparan altıncı təyyarəsi cümə günü səhər tezdən Latakiya hava limanına enib.

İran İslam Respublikasının Latakiya üzrə mədəniyyət müşaviri doktor Əlirza Fədəvi deyib: Bu, son üç gündə Latakiyaya çatan ikinci təyyarədir və içərisində İran İslam Respublikasından Suriyanın şimal-qərbində zəlzələdən zərər çəkən insanlar üçün 19 ton yardım var.

O, Suriya rəsmilərinə təhvil verilən bu yarımların arasında 5 ton xurma, 269 qutu quru süd, 5 ton düyü, 500 ədəd döşək, 90 çadır və ərzaq paketlərinin olduğunu açıqlayıb.

Əvvəllər İran İslam Respublikasından iki yardım təyyarəsi Dəməşqə, ikisi də Hələbə göndərilmişdi və ikinci təyyarənin Latakiyaya göndərilməsi ilə İran İslam Respublikasının Suriyaya göndərdiyi təyyarələrin sayı son üç gündə altıya çatdı.

Bazar ertəsi səhər saatlarında baş verən 7,8 bal gücündə zəlzələ Suriyanın beş vilayətində böyük dağıntılar törədib, maddi ziyanla yanaşı, 3300 nəfər həlak olub. Zəlzələnin şiddətindən zərərçəkənlərin sayının artacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =