Sionist rejimin həbsxanalarında fələstinli döyüşçünün şəhadəti

Sionist rejimin həbsxanalarında fələstinli döyüşçünün şəhadəti

Xəbər mənbələri işğal olunmuş ərazilərdəki Ən-Nəqib həbsxanasında bir fələstinli məhbusun şəhid olması xəbərini yayıb.

İRNA-nın Əl-Məyadinə istinadən cümə günü verdiyi məlumata görə, fələstinli məhbusların mətbuat ofisi sionist rejimin həbsxanalarında olan fələstinli məhbus Əhməd Əbu Əlinin şəhid olduğunu elan edib.

Bu fələstinli şəhid Hebronun “Yəta” şəhərindəndir və 48 yaşında idi.

Xəbər mənbələri bu fələstinli döyüşçünün Ən-Nəqib həbsxanasında tibbi çatışmamazlıq səbəbindən şəhid olduğunu bildirir.

Məlumata əsasən, sionist rejimin həbsxana rəhbərliyi bu fələstinli döyüşçünün şəhadətindən sonra həbsxananın bütün bölmələrini bağlayıb.

Bu fələstinli məhbus 12 il həbs cəzasına məhkum edilib ki, onun da 11 ilini çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 1 =