İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail işğalına qarşı müqavimət artıb

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail işğalına qarşı müqavimət artıb

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə sionist işğalına qarşı Fələstin xalqının müqavimət hərəkatı və fəaliyyətləri artıb.

 “Palestine Online” xəbər saytının məlumatına görə, “Muti” kimi tanınan Fələstin İnformasiya Mərkəzi bu xəbəri bu gün (şənbə) açıqlayıb və yazıb:

  Fələstin müqavimət qüvvələri bir həftə ərzində və fevralın 3-ündən 9-una qədərki  tarixlər arasında sionistlər və işğalçı İsrail rejiminə qarşı 174 əməliyyat keçirib.

Adıçəkilən mənbəyə görə, bu müddət ərzində 7 fələstinli şəhid olub, 4 israilli isə yaralanıb.

Fələstinlilər sionist rejimin kəşfiyyat pilotsuz təyyarəsini vurmağa və bu işğalçı rejimə məxsus 5 maşın və hərbi texnikanı məhv etməyə nail olublar.

Bu müddət ərzində Fələstin vətəndaşları sionist mühacirlərin 15 hücumuna cavab verib və onlara qarşı 43 daş atma, 6 molotov kokteyli və 5 partlayıcı bomba atma əməliyyatı həyata keçiriblər.

“Muti” kimi tanınan Fələstin İnformasiya Mərkəzi 6 nümayiş, işğal altındakı Fələstin torpaqlarında 68 yerdə işğalçılarla qarşıdurma, İsrail işğalçılarının hərbi obyektləri və maşınlarının yandırılmasını qeydə alıb.

Bununla əlaqədar olaraq cümə günü 30 yaşlı fələstinli işğal altındakı Qüdsdə şəhadət əməliyyatı həyata keçirərək 2 sionist mühaciri öldürüb, 7 nəfəri isə yaralayıb.

İşğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilinə bu günlərdə xüsusi şərait hakimdir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 4 =