Nucəba Hərəkatı: Müqavimət cəbhəsi hər şeyini İslam İnqilabına borcludur-Video

Nucəba Hərəkatı: Müqavimət cəbhəsi hər şeyini İslam İnqilabına borcludur-Video

Nucəba İslami Müqavimət Hərəkatının sözçüsü İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə verdiyi mesajda bunu zalimlərin uzunmüddətli zülmündən sonra meydana çıxan böyük bir nur kimi qiymətləndirib.

Nucəba İslami Müqavimət Hərəkatının sözçüsü mühəndis Nəsr Əş-Şəmməri İran İslam İnqilabının şanlı qələbəsinin 44-cü ildönümü ilə bağlı videomüraciətində bildirib ki, dünya xalqları bu inqilab sayəsində müqavimət və sabitlik və qlobal istismarla mübarizə kimi yeni terminlərlə tanış olublar.

O, bu inqilabın istismarla mübarizəyə təsirindən də danışıb və aydınlıq gətirib: “İslam müqaviməti sahib olduğu hər şeyi bu inqilaba borcludur.”

Nəsr Əş-Şəmməri həmçinin İranın İkinci Dünya Müharibəsindən sonra Amerikaya vurduğu misli görünməmiş şillələrdən danışıb və deyib: Birinci şillə Amerikanın casusluq yuvasının dağıdılması oldu və dünya indiyədək belə bir hadisə görməmişdi.

Nucəba Hərəkatının sözçüsü ikinci zərbəni Amerikanın İraqdakı Eynul-Əsəd bazasına raket hücumu adlandırıb və deyib:

Bu gün biz şahidi olduq ki, harada qlobal istismar və sionist rejim, yaxud Amerika işğalı və hökmranlığı ilə mübarizə gedirsə, orada İslam Respublikasının rolu var.

O vurğulayıb: “Biz İslam müqavimətində malik olduğumuz hər şeyi, o cümlədən istismarla mübarizədəki mövqeyimizi, silahlarımızı və qəlb gücümüzü bu böyük inqilaba borcluyuq. Şəhid İmam Seyid Muhəmməd Baqir Sədr (rə.) onu peyğəmbərlərin röyası kimi təsvir edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − six =