İran xalqı İslam İnqilabının 44-cü ildönümünü qeyd edir/ “Allahu Əkbər” şüarı bütün ölkədə əks-səda verib-Foto/Video

İran xalqı İslam İnqilabının 44-cü ildönümünü qeyd edir/ “Allahu Əkbər” şüarı bütün ölkədə əks-səda verib-Foto/Video

H.ş. 1401-ci ilin 22 bəhmənində ölkənin 1400 şəhərində və 38 min kəndində yürüş başlayıb.

22 Bəhmən yürüşü və İslam İnqilabının qələbəsinin 44-cü ildönümünün qeyd edilməsi bir neçə dəqiqə əvvəl Tehran və ölkənin digər bölgələrində başlayıb.

Tehran əhalisi bütün ölkənin inqilabi xalqı ilə birlikdə milli birlik və vəhdəti dünyaya bir daha nümayiş etdirmək üçün səhər saatlarından yürüşlərdə iştirak edir.

Tehranda və ölkənin müxtəlif şəhərlərində keçirilən bugünkü yürüş mərasimində bir çox rəsmilər, siyasi, idman və incəsənət xadimləri iştirak edib.

Bugünkü mərasimdə İnqilab Keşikçiləri Korpusunun Ali Baş Komandanı general Səlami, İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı Sərdar Hacızadə, ordunun koordinator müavini admiral Siyari də iştirak edir.

Əmir Siyari deyib: İnqilabın kökləri xalqın qəlbindədir.

İran İslam Respublikası Ordusunun koordinatorunun müavini admiral Həbibullah Siyari bu il 22 Bəhmən yürüşündə Fars xəbər agentliyinin siyasi müxbiri ilə müsahibədə deyib:

Bu il keçirilən 22 Bəhmən yürüşündə insanların iştirakı ötən illərə nisbətən daha möhtəşəm və sıxdır və buna səbəb builki yürüşün daha çox maarifləndirmə ilə keçirilməsidir.

O əlavə edib: Yeni nəsil ölkənin şəraitinə bələddir və gənc nəslin müşahidə və düşməni tanımaqdakı ayıqlığı artmış, düşmənlərin inqilaba zərər vurmaq üçün işlətdiyi hiylələrə daha çox bələd olmuşdur.

İnsanların bu gün küçələrə çıxması bu inqilabın xalqın qəlbində kök saldığını və xalqın öz inqilabını sevdiyini göstərir.

Prezident yürüş iştirakçıları arasında olmaqla İslam İnqilabının Qələbəsinin 44-cü il dönümündə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =