“Milan” qələbəsiz oyunlar seriyasına son qoyub

Fevralın 10-da futbol üzrə İtaliya çempionatında növbəti tura start verilib.
Turun ilk matçında son çempion “Milan” “Torino” ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə “Rossonyerlər”in xeyrinə başa çatıb. Oyunda yeganə qolu Olivye Jiru vurub.
Beləliklə, “Milan” yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub.
“Milan” – “Torino” – 1:0
Qol: Jiru, 62.
Qeyd edək ki, hazırda A seriyasının turnir cədvəlinə 56 xalla “Napoli” (21 oyun) liderlik edir.
“Milan” 41 xalla 3-cü, “Torino” isə 30 xalla 7-cidir
Oxu.az