Britaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb

Britaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb

Böyük Britaniyanın şərqindəki Böyük Yarmut liman şəhərində, İkinci Dünya müharibəsindən bəri sahildə qalan 250 kiloqram ağırlığında aviasiya bombası partlayıb.

Bu barədə “Report” Norfolk polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hərbi sursat partlayıcı hissənin zərərsizləşdirilməsinə hazırlıq zamanı işə düşüb. Polisin məlumatına görə, partlayış nəticəsində heç kim xəsarət almayıb.

Partlayışın dalğası bir neçə avtomobilin şüşəsini sındırıb, körpünün məhəccərinin bir hissəsini, eləcə də seldən mühafizə bəndini zədələyib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışın səsi episentrdən 24 kilometr aralıda eşidilib. Bomba bir neçə gün əvvəl körpünün tikintisi zamanı aşkar edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + eight =