Los-Anceles aeroportunda sərnişin avtobusu təyyarə ilə toqquşub

Los-Anceles aeroportunda sərnişin avtobusu təyyarə ilə toqquşub

Dünən axşam Kaliforniya ştatı Los Anceles beynəlxalq hava limanında avtobus təyyarə ilə toqquşub.

Trend xəbər verir ki, bu barədə hava limanının Tvitter səhifəsində məlumat paylaşılıb.

“Bu gün axşam eniş qapısından dayanacağa yedəklənən təyyarə marşrut

avtobusu ilə toqquşub, nəticədə beşə yaxın insan xəsarət alıb”, – məlumatda deyilir.

CBS telekanalının verdiyi məlumata görə, təyyarə “American Airlines” aviaşirkətinə məxsusdur. Hadisə haqqında məlumatın yerli vaxtla saat 22:15 radələrində daxil olduğu deyilir. Toqquşmanın səbəbi naməlum olaraq qalır.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 3 =