Xankəndi-Laçın yolu: Ekofəallar 45 avtomobilin maneəsiz keçidinə şərait yaradıblar – VİDEO

Xankəndi-Laçın yolu: Ekofəallar 45 avtomobilin maneəsiz keçidinə şərait yaradıblar – VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus daha altı avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük və beş minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində bu dəqiqələrədək Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 12-yə çatıb.

Həmçinin Rusiya sülhməramlılarına məxsus üç minik, 25 yük, bir  zirehli, bir tibb avtomobili Xankəndidən Laçın istiqamətinə, iki yük avtomobili isə Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 33-ə çatıb.

10:53

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus bir, yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus altı avtomobilin hərəkət etməsinə şərait yaradılıb

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, sülhməramlılara məxsus minik avtomobili, BQXK-ya məxsus bir yük və beş minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =