Fələstin İslami Cihad Hərəkatının Baş katibi İnqilab Rəhbərinə təbrik məktubu ünvanlayıb

Fələstin İslami Cihad Hərəkatının Baş katibi İnqilab Rəhbərinə təbrik məktubu ünvanlayıb

Fələstin İslami Cihadının Baş katibi İslam İnqilabının Rəhbərinə ünvanladığı mesajda inqilabın qələbə ildönümünü təbrik edib və müqavimətin İranın dəstəyi ilə daha da gücləndiyini vurğulayıb.

Mehr Xəbər Agentliyinin Fələstin Əl-Yəvm saytına istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı mesajda İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrik deyib.

Ziyad Ən-Nəxalə bu mesajında müqavimətin İranın dəstəyi ilə gücləndiyini və bunun sionist rejimin tənəzzüldən narahat olmasına səbəb olduğunu vurğulayıb.

O, təkid edib: İran İslam İnqilabının qələbəsi azad şəxslər üçün sığınacaq və pənah yeri və bütün azadlıq istəyənlərin hidayət bayrağı oldu.

Ən-Nəxalə əlavə edib: İran İslam İnqilabı Fələstinin mücahid və məzlum xalqının əsl dəstəkçisidir. Bu gün sionist düşmənin Amerika və Qərbdən aldığı bütün dəstəklərə baxmayaraq, Fələstin xalqı və müqaviməti hər zamankından daha güclüdür.

Ən-Nəxalə mesajında deyib: İslam İnqilabı regionun simasını dəyişdi və dünya və onun siyasətləri üzərində böyük təsir qoydu.

Fələstin İslami Cihad Hərəkatının baş katibi bu mesajı davam etdirərək bildirib: “Bu gün Uca Allahın yardımı ilə zəfərə yaxınıq. Sionist düşməninin və Amerika mühasirə və zülmünə baxmayaraq, mücahidlərimiz bütün Fələstin ərazisindədir və sionist işğalçılara qarşı mübarizə aparırlar.

Düşmən liderləri isə öz rejiminin tənəzzülünün mümkünlüyündən narahatlıqla danışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =