Suriyada İŞİD-in hücumu nəticəsində ölən və yaralananlar var

Suriyada İŞİD-in hücumu nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər
yaralanıb.
“Report” SANA agentliyinə istinadən xəbər verir ki, hücumun hədəfi
Palmiradan 70 km cənubda göbələk toplayan yığan bir qrup mülki şəxs olub.
Ölənlər arasında bir qadın da var.
Bütün zərərçəkənlər Homs şəhərində xəstəxanaya yerləşdiriliblər.
Report.az