General Şərif: Heç bir güc İslami İrana qarşı ən kiçik bir addım atmağa cürət etmir

General Şərif: Heç bir güc İslami İrana qarşı ən kiçik bir addım atmağa cürət etmir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bəyan edib ki, bu torpağın coğrafiyasını və ölkəmizin xalqını müdafiə etmək sahəsində əcnəbilərə ehtiyacımız yoxdur.

Biz elə bir müdafiə və hərbi güc mərhələsinə gəlib çatmışıq ki, nə amerikalılar, nə də başqa güclər İslami İrana qarşı zərrə qədər addım atmağa cəsarət etmirlər.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi General Ramzan Şərif İslam İnqilabının şanlı qələbəsinin 44-cü ildönümü ilə bağlı Kerman vilayətinin Babək şəhərində keçirilən mərasimdə deyib:

Virtual məkanın və sosial şəbəkələrin səyi insanları inqilabi sistem və şiə məzhəbinə nisbətdə bədbinləşdirməkdir və bu, yeni bir şey deyil. İnqilabın əvvəlindən və inqilabdan əvvəlki illərdən başlayıb və indiyə qədər də davam edir.

O, əlavə edib: “Haqla batil arasında müharibə heç vaxt bitmir, amma vacib olan budur ki, İmam (r.ə) İslam inqilabı prosesində Qurani-Kərim mədəniyyəti və müqəddəs Peyğəmbərin (s) təlimlərinə əsaslanan yeni bir nəzəriyyəni bəşər cəmiyyətinə təqdim etdi.”

General Şərif deyib: İnqilabın və İslami hərəkatın təşəkkül tapdığı dövrdə dünya SSRİ və ABŞ arasında bölünmüşdü və onlar planetin hakimləri idilər, NATO üzvü olan ölkələrin başında amerikalılar dururdu və Varşava Müqaviləsi üzvü olan ölkələrə Sovet İttifaqı başçılıq edirdi.

İmam (r.ə) bu zalım prosesi dayandırıb yeni bir model təqdim etdi və həmin model ilahi vəhy mədəniyyətinin və Qurani-Kərimin möhkəm təməllərinə əsaslanır.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü vurğulayıb: Qurani-Kərimin kəlamlarından daha güclü və tutarlı və insanların fitrətinə uyğun heç bir kəlam yoxdur.

Dünyanın heç bir yerində insanların dünya və axirətdə nicatı üçün Qurani-Kərim və Əhli-beyt (ə) mədəniyyətindən daha yaxşı hidayət tapa bilməzsiniz

General Şərif aydınlaşdırdı: Bütün digər məktəblər insanların ağlının və zehninin məhsuludur. Amma bütün insanların yaradıcısı olan Allah bəşəriyyət üçün ən gözəl variantı təqdim etmişdir və İmamın (r.ə) və İslam İnqilabının şah əsəri bu yeni nəzəriyyəni dünyaya təqdim etmək idi.

General Şərif bildirib: Cəmiyyətimizin nöqsan və çatışmazlıqlarına diqqət yetirən xarici medianın hay-küyünə önəm verməyin, İslam inqilabının üfüqü Allahın lütfü ilə aydın bir üfüqdür. İmam (r.ə) bu ölkəni amerikalıların və ingilislərin hulqumundan çəkib bu millətə təslim etdi və bu, İmamın (r.ə) bu millətə dəyərli hədiyyəsi idi.

Bu insanlar son 44 ildə düşmənin bütün plan və hiylələrinə baxmayaraq, amerikalıların, sionistlərin və inqilab düşmənlərinin qarşısında mərdliklə dayandılar.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü əlavə edib: İran xalqı yer üzündəki ən ağıllı xalqdır, onlar 44 il inqilabın həqiqi ideallarını müdafiə ediblər, minlərlə şəhid təqdim edilib və minlərlə qazi xəstəxana çarpayılarındadır.

Düşmən indiyə qədər əlindən gələni edib və İran xalqına qarşı heç bir tədbir görməkdən çəkinməyib.

O, bildirib ki, separatçı qruplar yenidən oyanıb və Kürdüstan, Sistan və Bəluçistan şəhərlərinə nəzarət etməyi və ölkənin təhlükəsizliyinə zərbə vurmağı planlaşdırırlar. İnqilab əleyhinə qruplar bu torpağın xalqına qarşı heç bir cinayəti dayandırmadılar, Məryəm Rəcəvi xalqımızın münafiqlərin cinayətini unutduğunu düşünür.

Onlar ölkənin 17 min insanını və məmurunu qətlə yetirib, məcburi müharibə zamanı BƏƏS partiyasının yanında, millətinə və ölkəsinə xainlər sırasında olub, Səddamın köməyi ilə onlarla gənci qətlə yetiriblər.

General Şərif bildirdi ki, Avropa İttifaqının siyasət rəsmiləri xalqımızın bunları bilmədiyini düşünür və münafiqlərin Avropa Parlamenti qarşısında yürüş etməsinə icazə verirlər.

Cənab Makron bilin ki, xalqımızın tarixi yaddaşından müqəddəs müdafiədə İran şəhərlərinin bombalanmasında sizin “Miraj” təyyarələrinin uğultusu unudulmayıb.

Siz guya, İran xalqını azad etmək üçün Məsih Əlinejad adlı mənfur ünsürlə görüşürsünüz! Bu, bəşər tarixinin ən təəccüblü məsələlərindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 5 =