Miqrantlar bu ölkəni sürətlə tutur

Miqrantlar bu ölkəni sürətlə tutur

Publika.az “Daily Mail”ə istinadla xəbər verir ki, hətta isveçli liberallar da Stokholmun uğursuz immiqrasiya siyasətinin fəlakətli olduğunu etiraf etməyə məcburdurlar. Hakimiyyət iki milyon miqrantın cəmiyyətə inteqrasiyasının bütün çətinliklərini qabaqcadan görə bilməyib.

İsveçdə ultra-zorakı dəstə cinayətlərində artım müşahidə olunub. Üstəlik, ədalət, cinayətkarların hüquqlarını qurbanlarının hüquqlarından üstün tutur.

Yalnız Stokholmda hazırda narkotik ticarətinə nəzarət üçün daim mübarizə aparan 52 banda fəaliyyət göstərir. 2022-ci ildə 63 atışma olub. Eyni zamanda, 20 il əvvəl İsveçdə odlu silahdan istifadə ilə bağlı cinayətlər, demək olar ki, yox idi.

Miladdan bəri polis artıq 30 atışma və partlayış qeydə alıb. Şübhəlilərin yarısı azyaşlılardır. Stokholm “quldur Çikaqo”ya çevrilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =