“Bavariya”nın futbolçusu Çempionlar Liqasında rekorda imza atıb

“Bavariya”nın futbolçusu Çempionlar Liqasında rekorda imza atıb

Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman yeni rekorda imza atıb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi buna Fransada PSJ-yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında nail olub.

53-cü dəqiqədə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan fransalı oyunçu qitənin bir nömrəli klub turnirində meydana çıxdığı ilk 50 qarşılaşmanın 39-da qalib gəlib.

Qeyd edək ki, “Bavariya” və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 7 =