Sabah rayonlara qar yağacaq – Hava proqnozu

Sabah rayonlara qar yağacaq – Hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

BAKU.WS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 1 =