Dünyada ilk dəfə alsqeymer xəstəliyi 19 yaşlı gəncdə aşkarlanıb

Dünyada ilk dəfə alsqeymer xəstəliyi 19 yaşlı gəncdə aşkarlanıb

Çinin 19 yaşlı vətəndaşında alsqeymer xəstəliyi aşkarlanıb. Müvafiq testləri apardıqdan sonra o, rəsmən dünyada bu xəstəlik diaqnozu qoyulan ən gənc insan olub.

“Report”un məlumatına görə, bu barədə “Journal of Alzheimer’s Disease”in məlumatında deyilir.

Gənc oğlan hələ 17 yaşında olanda ev tapşırıqlarını yerinə yetirərkən diqqətini cəmləməkdə çətinlik çəkməyə başlayıb, vəziyyəti daha da pisləşib, qısamüddətli yaddaş itkisindən əziyyət çəkməyə başlayıb. Gənc nə ötən gün baş verənləri, nə də əşyalarının harada olduğunu xatırlayır. Oxumaqda və öz duyğularını ifadə etməkdə çətinlik çəkir.

O, bir ildən sonra nə vaxt yeyib-içdiyini xatırlamayıb. Gənc təhsilini tamamilə dayandırmalı olub.

Alsqeymer xəstəliyi adətən 65 yaşdan yuxarı insanlarda diaqnoz qoyulan, yaddaş itkisi və ağır koqnitiv davranış pozğunluqları ilə müşayiət olunan neyrodegenerativ xəstəlikdir. Həkimlər qeyd ediblər ki, gənc çinlidə heç bir genetik mutasiya aşkar edilməyib. Bu hadisədən əvvəl diaqnozun qoyulduğu ən erkən yaş 21 idi, lakin xəstədə gen mutasiyası aşkarlanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − six =