Danimarka və İsveç NATO-nun “Avropanın Səma Qalxanı Təşəbbüsü”nə qoşulub

Danimarka və İsveç NATO-nun “Avropanın Səma Qalxanı Təşəbbüsü”nə qoşulub

Danimarka və İsveç Almaniyanın rəhbərlik etdiyi “Avropanın Səma Qalxanı Təşəbbüsü”nə qoşulub.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bununla da Təşəbbüsün iştirakçıların sayı 17-yə çatıb ki, onlardan 15-in NATO üzvü, digər iki ölkə isə İsveç və Finlandiyadır.

“Avropanın Səma Qalxanı Təşəbbüsü” Avropa ölkələri tərəfindən geniş spektrli hava hücumundan müdafiə sistemlərinin alınmasını və inteqrasiyasını asanlaşdırmaqla NATO-nun İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =