Panamada avtobus qəzaya uğrayıb, 33 nəfər ölüb
Panamada 60-dan çox miqrantı daşıyan avtobusun aşması nəticəsində azı 33 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Miqrantların olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.
Panama Prezidenti Laurentino Kortiso tviter hesabında yazıb ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.
Report.az