Sionist rejim əsgərlərinin fələstinli yeniyetmə ilə vəhşicəsinə rəftarı- Video

Sionist rejim əsgərlərinin fələstinli yeniyetmə ilə vəhşicəsinə rəftarı- Video

Sionist rejimin əsgərləri Şufəat düşərgəsinin nəzarət-buraxılış məntəqəsində bir sionist əsgərin ölümündən sonra, bu bölgədə ciddi təhlükəsizlik tədbirləri görüb və onların əmrinə tabe olmayan hər kəslə vəhşicəsinə rəftar ediblər.

Sionist rejim Şufəat düşərgəsində (işğal olunmuş Qüdsün şimal-qərbində) Fələstin vətəndaşlarına qarşı məhdudiyyətləri gücləndirib.

“Vəfa” Fələstinin rəsmi xəbər agentliyi bildirib ki, Şufəat keçid məntəqəsindəki İsrail qüvvələri ciddi yoxlamalardan sonra bu düşərgənin və yaxın ərazilərin sakinlərinə işə və məktəblərə getməyə icazə verir.

Yayımlanan məlumatlara əsasən, Şufəat düşərgəsinin çoxlu sayda sakini işə və məktəbə getmələri üçün uzun müddətdir ki, keçid məntəqəsində gözləməli olur.

Sionist rejim qüvvələri fələstinliləri nəzarət-buraxılış məntəqəsində paltarlarını soyunduraraq, az qala çılpaq şəkildə Şufəat və işğal olunmuş Qüdsə getməyə məcbur edir.

Şufəat düşərgəsində bu cür addımlar düşərgənin nəzarət-buraxılış məntəqəsində bir sionist əsgərin bu yaxınlarda şəhidlik əməliyyatında öldürülməsindən sonra qəbul edilib.

13 yaşlı yeniyetmə bu yaxınlarda bu düşərgənin nəzarət-buraxılış məntəqəsində soyuq silahla sionist əsgəri yaralamağa müvəffəq olub.

Bu zaman başqa bir İsrail əsgəri bu fələstinli yeniyetməni atəşə tutmağa başlayıb, lakin səhvən yaralı əsgəri hədəfə alıb və onu öldürüb.

İnternetdə dərc olunan görüntülərə əsasən, sionist hərbçilərin tələblərini yerinə yetirməkdən imtina edən fələstinlilər vəhşicəsinə döyülür.

Sionist rejimin işğalçı hakimiyyət orqanlarının Şufəat düşərgəsinin əhalisinə qarşı tətbiq etdiyi hücumlar və sərt məhdudiyyətlərə cavab olaraq, cümə axşamı bu düşərgənin sakinləri vətəndaş itaətsizliyinə və bu düşərgəyə gedən bütün yolları bağlamasına çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 15 =