Qarabağda nə gözlənilir: Rusiya vətəndaşlarını Xankəndidən niyə çıxarır?

Qarabağda nə gözlənilir: Rusiya vətəndaşlarını Xankəndidən niyə çıxarır?



Rusların Qarabağa yerləşdirilməsi Moskvanın bölgəyə dair planlarından qaynaqlanırdı:

– “rus icması”nı formalaşdırır, bu kartdan istifadə etmək ssenarisini hazırlayır;
– və sülhməramlılarının bölgədə qalma müddətini bu ssenari üzərindən uzadılmasını planlaşdırırdılar;

Çünki erməni əhalisinin Bakı ilə təmaslarının artması perspektivi rusların bölgədə qalmasını da sual altına salır. Moskva separatçılar üzərindən inteqrasiya prosesinə mane olmaqla yanaşı, “rus icması”na alternativ variantdan biri kimi də baxırdı.

İndi rusların geri qaytarılması, proseslərin mümkün inkişafına da diqqət çəkir. Mümkündür ki, Bakı Qarabağda separatizmin ləğvi məqsədilə praktiki addımlar ata bilər, hadisələrin inkişafı da bu yöndədir. Və Moskva prosesin bu istiqamətdə inkişafının önünü kəsə bilməyəcəyini anladığı üçün vətəndaşlarını riskli hesab etdiyi bölgədən təxliyə edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =