Azərbaycanda icra hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, müvafiq sərəncam ilə Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bundan öncə Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
BAKU.WS