BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı sanksiyaların müddətini uzadıb

BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı sanksiyaların müddətini uzadıb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qətnamə qəbul edərək, Yəmənə qarşı sanksiyaları daha 9 ay uzadıb.

Məlumata görə, Yəmənin fiziki şəxsləri və bəzi təşkilatlarına qarşı sanksiyalar daha 9 ay uzadılıb.

Təhlükəsizlik Şurasının üzvləri Yəmənə qarşı sanksiyaların 2023-cü il noyabrın 15-inədək uzadılmasını nəzərdə tutan 2675 (2023) saylı qətnaməni yekdilliklə təsdiqləyiblər. Təhlükəsizlik Şurası öz qətnaməsində 2140 saylı qətnaməyə əsasən, Sanksiya Komitəsinin Ekspertlər Şurasının mandatını da uzadıb.

Bu qərara əsasən, Yəməndə müəyyən fiziki şəxslər və qurumlara qarşı tətbiq edilən səyahət qadağaları və aktivlərinin dondurulması 9 ay müddətinə uzadılıb.

Bu qətnamə layihəsi İngiltərə və İrlandiya tərəfindən təqdim edilib və BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Hans Qrundberq və BMT-nin Yəmən məsələlərində digər aidiyyəti rəsmiləri səs vermədən öncə Yəməndəki vəziyyəti Təhlükəsizlik Şurasının üzvlərinə qapalı iclasda izah ediblər.

Yəmənə qarşı bu sanksiya qətnaməsi təsdiqi Yəmən Mərkəzi Bankının və Sənanın Ali İqtisadiyyat Komitəsinin rəhbəri Haşim İsmayılın təcavüzkar koalisiyasının və onun muzdurlarının son gərginliklərinin nəticələri barədə xəbərdarlıq etdiyi bir vaxtda baş verib.

Haşim İsmayıl deyib: Bu, siyasi həll üçün istənilən ciddi danışıqlara birbaşa təsir edəcək və Yəmənə qarşı iqtisadi müharibə və sanksiyaların şiddətlənməsi Yəmən xalqının iradəsini zəiflədəcəyini, təcavüzkarlar və onların muzdlularını məqsədinə çatdıracağını düşünmək yanlışdır.

Əksinə, bu, əks nəticələrə gətirib çıxaracaq.

Haşim İsmayıl vurğulayıb ki, Beynəlxalq Valyuta Fondunun ötən ilin noyabrında istefa vermiş Yəmən hökumətinə 300 milyon dollar verilməsinə razılığı Birləşmiş Millətlər Təşkilatının Yəmənə qarşı iqtisadi müharibəyə girməsi deməkdir.

Çünki bu fond BMT-nin qurumlarından biri hesab olunur və bununla da fondun siyasəti və nizamnaməsi pozulub.

2015-ci il aprelin 6-sından etibarən Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın köməyi və yaşıl işığı ilə istefa vermiş fərari prezidenti Əbdi Rəbbih Mənsur Hadini geri qaytarmaq bəhanəsilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı kütləvi hücumlara başladı. Bu təcavüz nəticəsində indiyədək minlərlə yəmənli həlak olub.

Yəmən rəsmiləri və nüfuzlu beynəlxalq təşkilatlar son aylar və illər ərzində bu kasıb ölkədə humanitar böhranın olduğunu vurğulayırlar.

Yəmənin Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyi bu yaxınlarda elan edib ki, mülki itkilərin sayı 47 min 81 nəfərə çatıb, onlardan 15 min 483 nəfər şəhid olub, 31 min 598 nəfər yaralanıb, qurbanların 25 faizi uşaqlar və qadınlardır.

Yəmənin Milli Qurtuluş Hökuməti son günlər təcavüzkar ölkələr olan Səudiyyə Ərəbistanı və BƏƏ-nin atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməli olduqlarını vurğulayıb.

Bu atəşkəsə əsasən, Səna hava limanının yenidən açılmalı, Əl-Hədidə limanına daxil olan gəmilərin qarşısındakı maneələr aradan qaldırılmalı, dövlət işçilərinin müharibə səbəbindən illərdir verilməyən maaşları ödənilməlidir.

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən, Səudiyyə təcavüzkar koalisiyasının Yəmənə qarşı müharibəsində minlərlə insan həlak olub və təqribən 126 milyard dollar zərər dəyib və hazırda Yəmən əhalisinin 80%-i sağ qalmaq üçün humanitar yardımlardan asılıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + seven =