Ətvan: Amerika İordaniyaya və Muxtariyyət Təşkilatına Ən-Nəqib-2 sammitində iştirak etmək üçün təzyiq edib

Ətvan: Amerika İordaniyaya və Muxtariyyət Təşkilatına Ən-Nəqib-2 sammitində iştirak etmək üçün təzyiq edib

Ərəbdilli analitik Fələstində baş verən bir neçə mühüm hadisəyə işarə edərək vurğulayıb ki, işğalçı rejim kabinetinin son faşistcəsinə davranışı əks nəticə verib və Fələstinin heç bir yerində sionistlər üçün təhlükəsizlik və sabitlik olmayacaq.

Ərəb dünyasının tanınmış analitiki və regional “Rəy Əl-Yəvm” qəzetinin redaktoru Əbdülbari Ətvan yeni məqaləsində işğal olunmuş Fələstində baş verən son hadisələrə diqqət çəkib və yazıb:

Ərəb və İslam dünyası Türkiyə və Suriyada baş verən zəlzələ fəlakətində 40 mindən çox insanın ölümü, 60 mindən çox binanın dağılması ilə məşğul olarkən Fələstin arenası yaxın gələcəkdə təhlükəli nəticələri ola biləcək 3 əsas hadisənin şahidi olur:

Birinci məsələ ABŞ-ın xarici işlər naziri Entoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Cek Sillivan vasitəsilə İordaniya hökumətinə onu gələn ay Məğribdə keçiriləcək Nəqib-2 sammitində iştirak etməyə məcbur etmək üçün güclü təzyiqi göstərməsidir.

Sübutlar göstərir ki, İordaniya hökuməti Vaşinqtonun bu təzyiqlərinə boyun əyib.

İkinci məsələ İsrail banklarının rəhbərlərinin investorların sionist rejimin yeni kabinetinin planlarından qorxması və ədliyyə sistemində əsaslı dəyişikliklərin edilməsi ilə bağlı xəbərdarlığı, habelə təhlükəsizliyin olmaması ilə bağlıdır ki, bu da həmin investorların işğal olunmuş Fələstini tərk etməyə sövq edir.

Amma üçüncü məsələ sionist rejim Knessetinin dünən təsdiqlədiyi qanunla bağlıdır ki, bu qanuna əsasən fələstinli fəalların Qüdsdə və 1948-ci ildə işğal olunmuş ərazilərdə vətəndaşlıq və ya iqamətgahı ləğv edilir və onlar İordan çayının qərb sahilinə və ya Qəzza zolağına deportasiya edilməlidir.

Ətvan əlavə edib ki, birinci məsələdən, yəni ərəb hökumətlərinin Nəqib 2 toplantısında iştirakının genişləndirilməsindən başlasaq, deyə bilərik ki, son illər öz mövqeyinə görə sərt şəkildə tənqid etdiyimiz Fələstin Muxtariyyət Təşkilatı indiyədək sözügedən sammitdə iştirak etməmək üçün Amerikanın təzyiqlərinə müqavimət göstərib.

Ümid edirik ki, Muxtariyyət Təşkilatının bu mövqeyi möhkəmlənəcək və davam edəcək.

Hazırda işğal olunmuş Qüdsdə yaşayan ABŞ-ın Xarici işlər nazirinin müavini və Ərəb-İsrail münaqişəsi üzrə nümayəndəsi “Hadi Ömər Muxtariyyət təşkilatının məsul şəxsləri ilə əlaqə saxlayıb, onlardan Nəqib-2 sammitində iştirak etməyi xahiş edib.

Ətvan sözlərinə davam edərək deyib: Bəzi məxfi məlumatlar göstərir ki, Muxtariyyət təşkilatının bir sıra məmurları sözügedən iclasda iştirak etmək üçün təxribatlara məruz qalıblar.

Muxtariyyət təşkilatı rəsmisi elan edib ki, sionist meylləri olan Entoni Belniken işğalçı rejimin baş naziri Benyamin Netanyahunun ərəb ölkələri ilə normallaşma sazişlərinin genişləndirilməsinə diqqət yetirilməsi və bu prosesin sürətləndirilməsi ilə bağlı fikirlərini tamamilə qəbul edib.

Bu ərəbdilli analitik sözünə davam etdi, lakin ikinci məsələyə, yəni işğal olunmuş Fələstindən qaçan investorlara gəlincə, bunun səbəbinin 2 əsas məsələ ilə bağlı olduğunu söyləmək lazımdır:

İşğal edilmiş Fələstin torpaqlarında – həm Qərb Sahilində, həm də Yaşıl Xətt daxilində Fələstinlilərin odlu və soyuq silahlarla şəhidlik əməliyyatlarının artması səbəbindən təhlükəsizlik təmin olunmaması.

Bu o deməkdir ki, Fələstinin heç bir yerində sionistlər üçün sabitlik və təhlükəsizlik yoxdur.

İsrailin Yaxın Şərqdə yeganə demokratik ölkə olması iddiasına arxalanaraq İşğal olunmuş Fələstinə sərmayə qoymaq üçün dünyanı aldadan və son 7 onillikdə işğalçı rejimin iddia edilən etibarının məhv olması.

  Lakin Netanyahunun kabinetinin faşist hərəkətləri və sionist cəmiyyətində qarşıdurma və parçalanmanın artması, on minlərlə insanın hər gün yeni kabinetə qarşı nümayişləri və vətəndaş müharibəsinin baş verəcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsi İsrailin diktator, irqçi və cinayətkar rejim olduğunu təsdiqləyir.

Əbdülbari Ətvan bildirib ki, 1948-ci ildə Qüdsdə və işğal olunmuş ərazilərdə fələstinli fəalların vətəndaşlıq və iqamətgahlarının ləğvi və onların İordan çayının qərb sahilinə deportasiyası ilə bağlı Sionist Knessetdəki 120 nümayəndədən 94-nün yekdilliklə təsdiq etdiyi qanun Sionist rejimin demokratiya iddiasının yalan olmasına ən yaxşı sübutdur.

Belə bir qanunun sionistlər üçün mütləq mənfi nəticələri olacaq və Fələstin müqavimət əməliyyatlarının genişlənməsinə səbəb olacaq.

Bu məqalənin sonunda bildirilir ki, faşist rejimlərin etdiyi bu cür tədbirlər işğalçı sionist rejim və onun mühacirləri üçün heç bir təhlükəsizlik və sabitlik yaratmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 2 =