Berlin Film Festivalına basqın edildi

Berlin Film Festivalına basqın edildi

Sonuncu nəsil (“Son nəsil”) təşkilatının bir qrup ekoloqu etiraz əlaməti olaraq 73-cü Berlin Beynəlxalq Film Festivalının qırmızı xalçasına basqın edib.

Publika.az xəbər verir ki, bu barədə ‘Reuters” məlumat yayıb.

Fevralın 16-da iki etirazçı festivalın qırmızı xalçasına gəliblər.

Belə ki, onlar yerli hakimiyyət orqanlarının diqqətini iqlim dəyişikliyi probleminə cəlb etmək istəyib və bu problemin həlli üçün əlavə tədbirlərin görülməsini tələb ediblər.

Eyni zamanda etiraz aksiyası tədbirin açılış mərasimini pozmayıb.

“Berlinaledə olduğu kimi kiçik miqyasda davamlı inkişafın təşviqi vacibdir, lakin bu, özlüyündə bəşəriyyəti xilas etməyəcək. Biz vəziyyəti indi dəyişməliyik”, – deyə ekoloq Rafael Voellmi bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − four =