İmam Museyi-Kazimin (ə) hərəmində 12 milyondan çox zəvavr iştirak edib – Foto

İmam Museyi-Kazimin (ə) hərəmində 12 milyondan çox zəvavr iştirak edib – Foto

İmam Museyi-Kazim (ə) hərəminin rəhbərliyi bu əzəmətli İmamın (ə) şəhadətinin ildönümündə bu müqəddəs məkanda 12 milyondan çox zəvvarın olduğunu bildirib.

Kazimiyə hərəminin rəhbərliyi keçirdiyi mətbuat konfransında bu gün (cümə) günorta saatlarına qədər İmam Museyi-Kazimin (ə) şəhadətinin ildönümündə 12 milyondan çox zəvvarın iştirakını elan edib.

Əs-Suməriyyə Xəbər saytının məlumatına görə, İmam Museyi-Kazim (ə) hərəminin idarə heyətinin baş katibi Heydər Əş-Şəmməri mərasimdən sonra zəvvarların tədricən Kazimiyyə bölgəsini tərk edəcəklərini bildirib. Onun sözlərinə görə, bu tədbirin uğurlu təşkili üçün 2 min çadır qurulub, 5 min könüllü və 83 KİV iştirak edib.

Digər tərəfdən, Bağdad əməliyyatlarının komandiri general-mayor Əhməd Səlim bu mətbuat konfransında deyib: “İndi böyük bir hərəkətin şahidi olan Kazimiyyə şəhəri yaxınlığındakı yollar istisna olmaqla, paytaxtda çıxış yollarına doğru əksər yollar açıqdır.

Zəvvarların sayı azalan kimi Bağdada gedən bütün yollar açılacaq.

Bağdad şəhərinin meri Əmmar Musa Kazim deyib: Bağdad Bələdiyyəsi Kazimiyyə ziyarətgahı və təhlükəsizlik qüvvələri ilə koordinasiyada mühüm rol oynayıb və zəvvarlara xidmət göstərmək üçün yüksək səviyyədə koordinasiya var idi.

Bağdad bələdiyyəsi bu ziyarətdə dörd min tondan çox zibil toplaya bilib. O, ziyarətgahın ətrafındakı ərazilərin tam təmizlənməsi üçün kampaniyanın yaradıldığını da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + thirteen =