Əbdülmalik əl-Husi: Təkfirçi qrupları Amerika və onun müttəfiqləri yaradır

Əbdülmalik əl-Husi: Təkfirçi qrupları Amerika və onun müttəfiqləri yaradır

Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülmalik əl-Husi cümə gecəsi Ənsarullah hərəkatının banisi Seyid Hüseyn ibn Bədrəddin əl-Husinin şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışda deyib:

Amerikalılar və onların müttəfiqləri ölkələrin suverenliyini pozur və onların səfirləri hər məsələyə müdaxilə edirlər.

Əbdülmalik əl-Husi iman və əqidənin çətinliklər və təhlükələrlə üzləşməkdəki mühüm roluna toxunaraq, şəhid Hüseyn ibn Bədrəddin əl-Huainin müstəsna roluna işarə edərək əlavə edib:

Bu şəhid liderin fəaliyyəti Amerika və İsrail hegemonluğunun süni titullarla yeni mərhələyə qədəm qoyduğu bir vaxtda baş verdi. Bunlardan ən əsası onların özlərinin yaratdıqları terrorla mübarizə idi.

O, bəyan edib: Amerikalılar bu xalqlara ağır zərbələr endirmək üçün xalqların üzərinə muzdlu əsgərlər göndərirlər.

O, təkfirçi qrupları ABŞ, İsrail rejimi və Qərb dövlətlərinin yaratdığını bildirib və deyib: Düşmənlər siyasi böhranlar yaratmaq və bu böhranlardan sui-istifadə etməklə xalqları məşğul edir və onları quruculuq və tərəqqi yolundan uzaqlaşdırırlar.

Əl-Husi deyib: Düşmənlər bir çox İslam ölkələrində hərbi hücumlarla yüz minlərlə insanı qətlə yetiriblər.

Əbdülmalik əl-Husi çıxışının başqa bir hissəsində düşmənlərin ərəb və İslam xalqlarına qarşı mədəni və dini istilasına işarə edərək, bu növ istilanı ən təhlükəli istilalardan biri hesab edib.

O, bu nümunələr arasında dərsliklərdəki təhsil metodlarını xatırladıb və bildirib ki, təhsil metodları bu mədəni nümunənin bir hissəsidir və düşmən Fələstin məsələsini əksər ərəb ölkələrində dərsliklərdən çıxarmağa çalışıb.

Əl-Husi əlavə edib: Düşmənlər tarixdə, xüsusən də yəhudilərin tarixi və onların cinayətləri ilə bağlı şübhələr yaradırlar. Düşmənlər ifadə azadlığı bəhanəsi ilə dinə, Peyğəmbərə (s) və Qurani-Kərimə nisbətdə şübhə yaradır, ifadə azadlığı şüarı ilə dini simvolları təhqir edirlər.

Ərəb və İslam cəmiyyətlərinin düşmənləri Quranı yandırmaqla onun müqəddəsliyini müsəlmanların qəlbində ləkələməyə çalışırlar.

Düşmənlər mədəni istila və ya islami dəyərlərlə ziddiyyət təşkil edən qondarma Amerika liberalizminin təbliği istiqamətində hərəkət edir və bu məqsədlə qəzet və internet saytlarından istifadə edirlər. Düşmənlər əxlaqi cinayətləri təbliğ etməklə insan cəmiyyətlərini təhqir etməyə çalışırlar.

Əl-Husi aydınlaşdırıb: Ərəb və İslam xalqlarının düşmənləri əxlaqi pozğunluğu və əxlaqi cinayətləri, o cümlədən zina və qondarma homoseksuallığı təbliğ edir və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olan bu hadisələri qəbul etmələri üçün ölkələrə təzyiq etməyə çalışırlar.

Düşmənlər mənəvi cinayətləri təbliğ etməklə insan cəmiyyətlərini təhqir etmək, onları şərəf və ləyaqət dəyərlərindən məhrum etmək istəyirlər.

Ərəb və İslam xalqlarına qarşı dini və dünyəvi istismar qarşısında susmaq bir növ düşmənlərə təslim olmağa bərabərdir.

Düşmənlər öz muzdlularını ərəb və İslam ölkələrində iqtisadiyyatla bağlı nazirlik və qurumlarda məsul vəzifələrə gətiriblər və muzdluları vasitəsilə bu ölkələrin daxilində təxribat aparırlar.

Amerikalılar iqtisadi blokada, xəstəliklərin yayılması və xalqları aclıqdan məhrum etməklə xalqların qətliamına cəhd etdilər və bir çox müharibələrin, fitnələrin və cinayətlərin səbəbkarı oldular ki, silah istehsal edən şirkətləri qazanc əldə etsinlər.

Amerikalılar və onların muzdluları Fələstinin bariz nümunə olduğu azadlıq və müstəqillik sahəsində xalqların hüquqlarının pozulmasına görə məsuliyyət daşıyırlar.

O əlavə etdi: Amerikalılar və Qərb ərəb və İslam cəmiyyətlərində narkotikləri yaymağa çalışırlar ki, bu cür maddələr istehlakçılar üçün əlçatan olsun və nəticədə gəncləri korlasınlar.

O, amerikalıların yerli və kənd təsərrüfatı istehsalına zərər vurmaq, ölkələrin özünü təmin etməsinə mane olmaq cəhdlərinə də işarə edərək deyib: Onlar bizim ölkələrin onların öz məhsul və mallarının istehsalçısı olmasını istəyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =