Tel-Əviv misli görünməmiş nümayiş astanasında-Foto

Tel-Əviv misli görünməmiş nümayiş astanasında-Foto

İbrani xəbərləri göstərir ki, gələn həftə bazar ertəsi günü sionist rejimin “məhkəmə sistemi islahatları”nın təsdiqi üçün Knessetin iclası ilə eyni vaxtda müxaliflər küçələrə çıxaraq bütün işğal olunmuş ərazilərdə misli görünməmiş nümayiş keçirəcəklər.

Qarşıdan gələn həftə sionist mühacirlər və Benyamin Netanyahunun kabinetinin müxaliflərinin Tel-Əvivin Kaplan meydanına və Hayfa kimi işğal olunmuş ərazilərin digər hissələrinə gələrək, kabinetin məhkəmə sistemində islahat planına qarşı olduqlarını nümayiş etdirəcəkləri altıncı həftə olacaq.

Bazar ertəsi günü, bu planın təfərrüatları Knessetdə [Sionist rejimin Parlamentində] səsverməyə çıxarılacaq zaman, etirazçılar işləri dayandıracaq və küçələrə çıxacaqlar. Onlar söz veriblər ki, bazar ertəsi sionist rejimin iqtisadiyyatını iflic vəziyyətinə salmaq günü olacaq.

İllərdir korrupsiya, rüşvətxorluq və səlahiyyətdən sui-istifadə ittihamları ilə mühakimə olunan sionist rejimin yeni kabinetinin baş naziri Benyamin Netanyahu “məhkəmə sistemində islahatlar” planını gündəmə gətirib. O, islahatlarıistənilən şəraitdə təsdiq etmək istəyir ki, özü və kabinetinin ekstremist nazirləri mühakimədən amanda qalsınlar.

İşğal olunmuş ərazilər və sionist yaşayış məntəqələrinin altı həftə ardıcıl olaraq Nazirlər Kabinetinə və bu plana qarşı nümayişlərə səhnə olmasına baxmayaraq, Netanyahunun danışıqlar aparmaq və ya geri çəkilmək niyyəti yoxdur. Gələn həftə bazar ertəsi Knessetdə bu islahatların ümumi aspektləri ilə bağlı səsvermə sessiyasının keçirilməsi planlaşdırılır.

İbrani mediası xəbər verib ki, digər tərəfdən sionist mühacirlərin etirazlarını təşkil edən qruplar çərşənbə axşamı (14 fevral) Qüdsdə ümummilli nümayişlər keçirməklə Knesset binası qarşısına toplaşacaqlarını və sionist rejimin iqtisadiyyatını iflic edəcəklərini elan ediblər.

“İ24” xəbər saytının məlumatına görə, sionist rejimin keçmiş müharibə naziri və nümayişlərin rəhbərlərindən biri mətbuat konfransında deyib: Şənbə günü böyük nümayiş Kaplanda keçiriləcək və əlavə edib: “İsrail dövləti qanunsuzdur və onun üzərində qara bayraq dalğalanır.”

Bu daxili qarşıdurmaların ortasında İshaq Hersoq sionist rejimin başçısı olaraq Netanyahu ilə müxalifət arasında dinc dialoq üçün yol tapmaqda çətinlik çəkir və müxalifət kompromisə getmir.

 “I24” xəbər saytının xəbərinə görə, seçki yarışmasında Netanyahuya uduzan “Yeş Atid” partiyasının və etirazçıların lideri və sionist rejimin keçmiş baş naziri Yair Lapid geri addım atmaq niyyətində deyil və etirazları dayandırmaq üçün şərt irəli sürüb.

 Lapid deyib: Mən dəfələrlə demişəm ki, islahata ehtiyacı olmayan sistem yoxdur, o cümlədən hüquq sistemi. Ancaq onu düzəltmək istəyirsinizsə, düzgün metodunuz olmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =