52 yaşlı kişi keçmiş arvadını və daha beş nəfəri güllələdi

Odlu silahdan istifadə edən şəxs keçmiş həyat yoldaşını və daha beş nəfəri
güllələyərək öldürüb. İnsident ABŞ-ın Missisipi ştatının kiçik kənd qəsəbəsində baş verib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, polis 52 yaşlı yerli kişini birinci dərəcəli qətldə ittiham edərək onu rayon həbsxanasına yerləşdirib.
Hadisənin hansı zəmində baş verdiyi bilinmir.
Missisipi qubernatoru Teyt Rivs bildirib ki, şübhəlinin təkbaşına hərəkət etdiyi güman
edilir.
Publika.az