Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

Suriyanın şərqində yerləşən Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.

APA xəbər verir ki, bu barədə cümə günü Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.

 “İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub” – deyə məlumatda bildirilib.

Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyü barədə məlumat verib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =