Sionist rejimin nümayəndə heyəti Afrika İttifaqının iclasından kənarlaşdırılıb

Sionist rejimin nümayəndə heyəti Afrika İttifaqının iclasından kənarlaşdırılıb

Afrika İttifaqının iclasına gizli şəkildə daxil olan sionist rejimin heyəti təhlükəsizlik qüvvələri tərəfindən çölə atılıb.

Afrika İttifaqının təhlükəsizlik qüvvələri bu birliyin iclaslarından birinə gedən sionist rejimin nümayəndə heyətini iclasdan qovub.

“Maa” xəbər saytının bu gün verdiyi məlumata görə, sionist nümayəndə heyəti digər şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edərək gizli şəkildə Afrika İttifaqının iclasına daxil olub və təhlükəsizlik qüvvələri onları müəyyən edərək ölkədən çıxarıblar.

Bu xəbərə əsasən, sionist nümayəndə heyəti Afrika Birliyinin açılış iclasında iştirak etmək üçün dəvət edildiyini iddia etsə də onlar iddialarını sübut edə bilməyiblər. Nəticədə sionist heyət iclasdan xaric edilib.

“Maa” xəbər saytı məlumatının sonunda qeyd edib ki, sionist heyətin Afrika İttifaqının iclasından qovulması Tel-Əvivin Afrika Birliyinin müşahidəçi üzvü kimi mövqeyini hələ də müəyyən etməyə müvəffəq olmadığını göstərir.

Digər tərəfdən, təhlükəsizlik qüvvələrinin bu addımı Afrika ölkələrinin sionist rejimin Afrika İttifaqında mövcudluğunu tanımadığını göstərir.

2021-ci ildə Afrika İttifaqı Komissiyasının rəhbəri birtərəfli qaydada sionist rejimi bu birliyin müşahidəçi üzvü kimi təqdim edib. Bu hərəkətə Əlcəzair də daxil olmaqla, bir sıra Afrika ölkələri kəskin etirazını bildirib.

Afrika ölkələrinin etirazından sonra Afrika Birliyi ötən fevral ayında Tel-Əvivin Afrika Birliyinə üzvlük qərarını təxirə salmışdı.

Afrika Birliyi Adis Ababada keçirilən 35-ci iclasında Tel-Əvivin birliyə üzvlüyünün təxirə salınmasını təklif edib ki, 7 prezidentdən ibarət komitə bu məsələni araşdırsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + fourteen =