Bloomberg sionistlərlə Səudiyyə Ərəbistanı arasında yeni görüşlərin keçirildiyini açıqlayıb

Bloomberg sionistlərlə Səudiyyə Ərəbistanı arasında yeni görüşlərin keçirildiyini açıqlayıb

ABŞ-ın dəstəyi ilə sionist rejim ilə Səudiyyə Ərəbistanı arasında yeni görüşlər keçirilib və tərəflər hərbi və kəşfiyyat sahəsində əməkdaşlıqları müzakirə ediblər.

Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin yeni kabineti ABŞ-ın himayəsi altında Səudiyyə Ərəbistanı ilə hərbi və kəşfiyyat əməkdaşlığı sahəsində danışıqları intensivləşdirib.

Bloomberg xəbər kanalının internet saytı məlumatlı mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı və sionist rejim rəsmiləri ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasının Ər-Riyaddakı sammitindən əvvəl bir-biriləri ilə görüşlər keçiriblər.

ABŞ dövlət katibinin Qərbi Asiya məsələləri üzrə köməkçisinin müavini Dana Struell deyib: “Biz düşünürük ki, digər regionlar arasıdna da inteqrasiya olmalı və regionun sabitliyi və təhlükəsizliyinə uyğun olaraq İsraillə eyni masa arxasında oturulmalıdır.”

Bloomberg yazır: İsrail və Səudiyyə Ərəbistanı arasında mübahisələrin həlli regional siyasətin gedişatını dəyişəcək.

Buna baxmayaraq, Ər-Riyad və Tel-Əviv arasında münasibətlərin bərpası Səudiyyənin Fələstin dövlətinin yaradılması tələbi ilə bağlı razılığın əldə olunmasından asılı olacaq.

Bloomberg-in istinad etdiyi mənbələr bildiriblər ki, son həftələrdə İsrail və fələstinlilər arasında münaqişələrin artması səbəbindən belə bir ehtimal qeyri-mümkün görünür.

Analitiklər Bloomberg-ə bildiriblər ki, Səudiyyə Ərəbistanının Vaşinqtonun İrana qarşı kömək etmək üçün daha dərin və geniş öhdəliklər qəbul etməsi kimi başqa ilkin şərtləri ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 1 =