20 min etirazçı sionist Knessetin qarşısına toplaşıb

20 min etirazçı sionist Knessetin qarşısına toplaşıb

İbrani mənbələri Netanyahunun təklif etdiyi məhkəmə islahatlarına etiraz əlaməti olaraq sionist parlament binası qarşısında ən azı 20 min insanın iştirakı ilə böyük bir mitinq keçirildiyini elan edib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, İbrani mənbələri Baş nazir Binyamin Netanyahunun təklif etdiyi məhkəmə islahatlarına etiraz etmək üçün işğal altındakı Qüdsdəki Knesset binası qarşısında 20 min insanın toplaşdığını açıqlayıb.

Bundan əvvəl bir sıra sionist siyasi və hərbi rəsmilər və xadimlər Netanyahunun işğal olunmuş ərazilərdə sülhün bərqərar olması ilə bağlı son bəyanatlarını rədd etməklə yanaşı, mövcud vəziyyətdə işğal olunmuş ərazilərdə vətəndaş müharibəsinin başladığını vurğulamışdılar.

Hazırda Netanyahuya qarşı müxalifətdə fəal olan sionist rejimin keçmiş baş naziri Yair Lapid çıxışında deyib: “İsrail vətəndaş müharibəsinə daxil olub.”

O, İsrailin uçurumun kənarında olduğunu xəbərdar edib və əlavə edib: “Biz kritik vəziyyətdəyik və məhkəmə islahatları təsdiqlənərsə, məhvə doğru gedəcəyik.”

Qeyd edək ki, şənbə günü axşam saatlarında ən azı 250 min sionist işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində küçələrə çıxaraq Netanyahuya etiraz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + two =