Amerikanın fələstinli qaçqınlara qarşı planına Fələstin Xalq Cəbhəsinin reaksiyası

Amerikanın fələstinli qaçqınlara qarşı planına Fələstin Xalq Cəbhəsinin reaksiyası

Fələstinə Azadlıq Xalq Cəbhəsi ABŞ Senatının “Fələstinli Qaçqınlara Yardım” Agentliyinə (UNRWA) verilən yardımın ləğvi ilə bağlı qanun layihəsini qəbul etmək cəhdinə reaksiya verib.

Fələstinə Azadlıq Xalq Cəbhəsinin Qaçqınlarla İş üzrə Departamenti ABŞ Senatının “Fələstinli Qaçqınlara Yardım və Məşğulluq” Agentliyinə (UNRWA) verilən hər hansı güzəşt və yardımların ləğvi ilə bağlı qanun layihəsini təsdiqləmək cəhdinin Fələstin xalqına qarşı müharibə elanı olduğunu vurğulayıb. Bu addımı qaçqınlar və Fələstin xalqına qarşı yeni bir fəlakət adlandırıb.

Fələstinə Azadlıq Xalq Cəbhəsi ABŞ-ın sionist rejimin Fələstin xalqına qarşı təcavüzünü dəstəkləməkdə mövqeyinin təəccüblü olmadığına işarə edərək əlavə edib:

 “Amerikanın Fələstin xalqının fəlakətinin əsas şahidi kimi qaçqınlar məsələsini tamamilə aradan qaldırmaq və qaçqınların nəslindən olanların qaçqın titulunu ləğv etmək planları təhlükəli və Fələstin xalqının hüquq və prinsiplərinə ziddir. Bu məsələ qaçqınlar məsələsinin mahiyyətinə zərbə vurmaqdır.”

Əl-Qüdsul-Ərəbi qəzetinin məlumatına görə, Fələstinə Azadlıq Xalq Cəbhəsi fələstinliləri bu plana qarşı çıxmaqda vahid mövqe nümayiş etdirməyə və beynəlxalq qurumlara və Birləşmiş Millətlər Təşkilatına qaçqınlar əleyhinə olan istənilən addım və qərarları dayandırmaq üçün təzyiqləri davam etdirməyə çağırıb.

Bu fələstinli qrup qeyd edib ki, Fələstin xalqının müqavimətinin “terrorizm” kimi təsvir edilməsi Amerika və Qərbin faktları təhrif etmək səyini göstərir.

Həçinin, vurğulayıb: Müqavimət işğalın davamı və sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə təbii cavabdır və işğalçıların məhv edilməsinə və qaçqınların öz torpaqlarına qayıtmasına qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =