Çin: Amerika “terrorizmlə müharibə” adı altında 900 min insanı öldürüb

Çin: Amerika “terrorizmlə müharibə” adı altında 900 min insanı öldürüb

Çin Xarici İşlər Nazirliyi Amerikanın “terrorla mübarizə” adı altında 900 min insanı öldürdüyünü açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi bazar ertəsi internet saytında dərc edilən hesabatda Amerikanın “terrorizm”ə qarşı apardığı iddia edilən müharibənin 2001-ci ildən bəri 900 min insanın həyatına son qoyduğunu, onlardan 335 min nəfərin mülki vətəndaş olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyi bu hesabatda ABŞ-ın dünyadakı hegemonluğundan sui-istifadə edərək özünə qazanc əldə etdiyini və digər ölkələrdə düşmənçilik və qeyri-sabitlik yaratdığını vurğulayıb.

Bu sənəd beynəlxalq diqqəti “Amerikanın davranışlarının dünyada sülh və sabitlik və dünya xalqlarının rifahı üçün təhlükələri”nə cəlb etməyə çalışır.

Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun siyasət, hərbi, iqtisadiyyat, texnologiya və mədəniyyət sahələrində eqoizminə dair nümunələr təqdim edib.

Çin ABŞ-ın bir əsr əvvəldən bəri Latın Amerikasına şəxsi həyatı kimi yanaşdığını və ABŞ-a müqavimət göstərən ölkələri “siyasi müdaxilə, hərbi müdaxilə və hökuməti çevrilişi” adı altında hədəf aldığını bildirib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın dünyanın digər bölgələrində öz təsiri altında olan ayrı-ayrı bloklar yaratdığını və rəngli inqilablara başladığını bəyan edib.

Bu hesabatda bildirilir: “Təkcə 2001-ci ildən bəri Vaşinqtonun “terrorizm” adı ilə yaratdığı müharibələr 900 min insanın həyatına son qoyub ki, onlardan 335 mini dinc sakinlərdir.”

ABŞ son dövrlərdə Koreyada kimyəvi silahların tətbiqindən tutmuş zəiflədilmiş uranın istifadəsinə qədər, mülki əhali arasında itkilərə və davamlı ekoloji təsirlərə səbəb olan bir sıra dəhşətli müharibə üsullarından istifadə edib.

Bundan əlavə, ABŞ hökuməti dolların qlobal ehtiyat valyuta və beynəlxalq maliyyə sistemindəki mövqeyindən rəqabəti aradan qaldırmaq və düşmən tərəflərə qarşı birtərəfli sanksiyalar tətbiq etmək üçün istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 16 =