Azərbaycan Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olub

Azərbaycan Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olub

2023-cü ilin yanvarında Azərbaycan Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, yanvarda Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 263,6 milyon dollar, Türkiyə ilə 196,1 milyon dollar, Azərbaycanla isə 120,4 milyon dollar təşkil edib.

Ümumilikdə Gürcüstanın 10 əsas ticarət tərəfdaşı ilə dövriyyəsi ümumi xarici ticarət dövriyyəsinin 68,4 faizini təşkil edib.

Ümumi ticarət dövriyyəsinin həcmi isə 1 milyard 461,8 milyon dollar təşkil edib. Yanvarda Gürcüstanın Azərbaycana mal və məhsullar ixracı 51,93 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 11 faiz çoxdur. Belə ki, 2022-ci ilin yanvarında bu göstərici 46,8 milyon dollar təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 11 faiz azalaraq 68,5 milyon dollar təşkil edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 18 =