Meksikada “qətl” kimi qəza: 17 ölü, 13 yaralı

Meksikada “qətl” kimi qəza: 17 ölü, 13 yaralı

Publika.az xəbər verir ki, Meksikanın Oaxaca və Puebla ştatlarında ən azı 45 qeyri-qanuni immiqrantın olduğu sərnişin avtobusu aşıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürən və həkim briqadaları göndərilib. Puebla əyalətinin daxili işlər naziri Julio Miguel qəzada 17 immiqrantın həyatını itirdiyini, 13 immiqrantın isə yaralandığını bildirib.

Qəzaya uğrayan avtobusun ABŞ sərhədinə doğru hərəkət etdiyi və içərisində Kolumbiya, Venesuela və bəzi Mərkəzi Amerika ölkələrindən olan qeyri-qanuni mühacirlərin olduğu bildirilib. Qəzadan xəsarət almadan sağ çıxan mühacirlərin səlahiyyətlilər tərəfindən tutulmamaq üçün hadisə yerindən qaçdıqları bildirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =