ABŞ-da qatar qəzası baş verib

“Union Pacific dəmir yolu şirkətinə məxsus yük qatarı səhər tezdən Qotenburq şəhəri (Nebraska ştatı) yaxınlığında qəzaya uğrayıb.
Bu barədə APA TASS-a istinadən xəbər verir.
30 vaqon aşıb, içindəki kömür yerə səpələnib. Texniki xidmətlər relslərin yaxınlığında tonlarla kömürü yığışdırıb.
İlkin məlumata görə, dəmir yolu qəzasında xəsarət alan olmayıb.
Apa.az