Güclü zəlzələ Tacikistanı SİLKƏLƏDİ
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Bildirilib ki, yeraltı təkanların episentri Murqaba qəsəbəsindən 63 km qərbdə, 10,8 min insanın yaşadığı yerdə olub. Ocaq 77 km dərinlikdə yerləşib.
Dağıntı və itkilərlə bağlı hələlik məlumat verilməyib.
Publika.az