ABŞ-da iki mühərrikli təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb

ABŞ-da iki mühərrikli təyyarə qəzaya uğrayıb: 5 nəfər ölüb

ABŞ-nin Arkanzas ştatında iki mühərrikli “Beech BE20” təyyarəsi Litl Rok Milli Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, gəmidə olan 5 nəfərin hamısı həlak olub.

“Həmin vaxt güclü fırtına yaxınlaşırdı. Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, amma güclü külək oldu, bir neçə dəqiqə leysan yağış yağdı”, – ABC yerli polis departamentinin nümayəndəsinin sözlərindən sitat gətirib.

BAKU.WS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =