ABŞ Rumıniyada iki hava bazasını təkmilləşdirmək niyyətindədir

ABŞ Rumıniyada iki hava bazasını təkmilləşdirmək niyyətindədir

ABŞ Müdafiə Nazirliyi Rumıniyada iki hava bazasını təkmilləşdirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Pentaqon rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, Rumıniyada hava bazalarının təkmilləşdirilməsi işi üçün nəzərdə tutulan tender elanına əsasən, Vaşinqton tikinti işləri üçün 55 milyon dollara qədər ayıra bilər.

Aparılacaq tikinti və yenidənqurma işləri zamanı silah-sursatın yüklənməsi və boşaldılması üçün platformanın dizaynı və inşası nəzərdə tutulur.

Qeyd edək ki, yeni qərara əsasən ABŞ hökuməti bu məqsədlər üçün ayrılacaq vəsaiti 25 milyon dollardan 50 milyon dollara qədər artırmağa hazırdır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =