İraqın cənubunda Amerika konvoyu məhv edilib

İraqın cənubunda Amerika konvoyu məhv edilib

İraq mənbələri Əd-Divaniyyə əyalətində amerikalılara məxsus logistika avadanlıqlarını daşıyan konvoyun hədəf alınaraq məhv edildiyini bildirib.

Sabrin News Telegram kanalı bildirib ki, amerikalılara məxsus logistika avadanlıqları daşıyan bu karvan Əd-Divaniyyə vilayətində hədəfə alınaraq məhv edilib.

 “Əl-Muqavimətud-Duvəliyyə” qruplaşması da bu hücumun məsuliyyətini üzərinə götürüb və bir bəyanat yayaraq, hücumun bu axşam saat 22:45-də baş verdiyini açıqlayıb.

Bu qrup İraq təhlükəsizlik qüvvələrini Amerika konvoylarından mümkün qədər uzaq durmasını xahiş edib və müqavimət qruplarının işğalçılarla müharibəsinin onların İraqı tərk etdikdən sonra bitəcəyini bildirib.

İraq parlamentinin bütün əcnəbi hərbçilərin ölkədən çıxarılmasının zəruriliyini ilə bağlı təsdiqindən və Bağdadın bu məsələdə ləngiməsindən sonra Amerika koalisiyasının logistik karvanları yol kənarına yerləşdirilən bombalarla hədəfə alınır.

Amerika karvanları ya cənubdan Küveyt sərhədini, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni “Əl-Vəlid” keçidindən keçərək İraqa daxil olur və İraqda yerləşən Amerika əsgərlərinin ehtiyac duyduğu ləvazimatları daşıyır.

Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq məqsədilə Amerika koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən yardım alır.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkə parlamentinin təsdiqini ardınca xarici qüvvələri İraqdan çıxarmalıdır.

  2020-ci ilin yanvarında İraq parlamenti ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Hacı Qasim Süleymani və İraq Xalq Səfərbərlik Təşkilatının sədr müavini Əbu Mehdi Əl-Mühəndisə qarşı törətdiyi terror aktından sonra ölkədən xarici qüvvələrin çıxarılması planını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 6 =