Sionist düşmənlə mübarizə üçün Nablusda ictimai səfərbərlik elan olunub

Sionist düşmənlə mübarizə üçün Nablusda ictimai səfərbərlik elan olunub

Sionistlərin Nablusun cənubuna amansız hücumlarına cavab olaraq İslami Cihad və HƏMAS Hərəkatı mübarizəni davam etdirəcəklərini və Tel-Əvivə silahları ilə cavab verəcəklərini vurğulayıblar.

Nablusun cənubunda yerləşən “Havara” qəsəbəsində fələstinli gəncin iki sionistin ölümü ilə nəticələnən şəhadət əməliyyatından sonra bu bölgədə vəziyyət gərginləşib və sionistlər bir neçə bölgəni kütləvi şəkildə yandırıblar.

Bu cinayətlərə cavab olaraq “Əl-Əqsa Şəhidləri ” (Şuhədail-Əqsa) bölmələri sionist düşmən və israilli mühacirlər ilə qarşıdurma üçün dərhal ictimai səfərbərlik elan edib.

Fələstin İslami Cihad hərəkatının informasiya bürosunun rəhbəri Davud Şahab Əl-Məyadin xəbər kanalına deyib: Sionistlər iyrənc təcavüzləri ilə işğal altındakı İordan çayının qərb sahili və Qüdsü hədəf alırlar.

Şahab vurğulayıb ki, Havaradakı hadisələr müqavimət hərəkatını daha çox mübarizə aparmağa və sionist mühacirləri hədəfə almağa vadar edəcək.

O, müqavimətin artırılmasının terrorizmə və sionist rejimin cinayətlərinə yeganə cavab olduğunu bildirərək, aydınlaşdırıb ki, kim gərginliyin azaldılmasından danışırsa, İsrailin cinayətlərinə bəraət qazandırmaq məqsədi güdür.

Əl-Əqəbə görüşü sionist cinayətlərinin davamı üçün yaşıl işıq oldu.

HƏMAS-ın Qəzzədəkı sözçüsü Əbdüllətif Əl-Qanu sionistlərin vəhşi hücumu və İordaniyanın Əqəbə şəhərində keçirilən toplantısına cavab olaraq deyib: “Əl-Əqabə görüşü İsrailə daha çox cinayət törətmək üçün yaşıl işıq yandırdı.”

Əl-Qanu davam edib: Nablus təhlükəsizlik qüvvələri bizə qoşulmalı və sionistlərlə mübarizə aparmalıdır. Havara hadisələrinin nəticəsi olaraq Qəzzə zolağı qəzəb, qarışıqlıq və inqilab içərisindədir.

Əl-Qanu HƏMAS-ın sionist faşist kabinetinin Fələstin xalqını bir sektorda şiddətli təzyiq altında qoymasına icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

Müqavimətin Fələstin xalqının sionistlərə qarşı yeganə silahı olduğunu açıqlayııb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 18 =