Netanyahunun koalisiyasında ilk parçalanma: Mauz istefa verdi

Netanyahunun koalisiyasında ilk parçalanma: Mauz istefa verdi

Benyamin Netanyahunun kabinetinin koalisiyasında birləşən “Noam” Partiyasının rəhbəri Avi Mauz baş nazirlikdəki vəzifəsindən istefa verib.

  “Noam” Partiyasının rəhbəri Avi Mauz dünən axşam (27 fevral, bazar ertəsi) İsrailin baş naziri Benyamin Netanyahuya istefa ərizəsini təqdim edərək, Baş nazirlikdə nazir müavini vəzifəsindən istefa verdiyini və bütün diqqətini öz vəzifələrinə yönəldəcəyini açıqlayıb.

“İ24” xəbər saytının məlumatına görə, sionist mediası Mauzun hökumət koalisiyasından istefa verməsinin səbəbinin öz fikrini həyata keçirmək üçün kifayət qədər güc və təsirə malik olmamasına etiraz etmək olduğunu açıqlayıb.

 “Noam” Partiyasının rəhbəri istefası ilə bağlı bunları deyib:

“Təəssüf ki, yəhudi milli kimliyinin nədən ibarət olması ilə bağlı koalisiya razılaşmasını həyata keçirmək üçün ciddi niyyətin olmadığını görürəm.”

“Noam” dini və ekstremist partiyası sionist köçkünlərin milli-dini hərəkatına bağlıdır və Knessetdə [Sionist rejimin parlamentində] Mauzun özünün sahibləndiyi bir yerə malikdir.

Mauzun istefası Netanyahunun koalisiya kabinetinin divarındakı ilk çatdır və bu, İtmar Ben Querin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyasının verdiyi bəyanatların da Netanyahunun narahatlığını artırdığı bir vəziyyətdə baş verdi.

Bu bəyanatda Ben Quer bu kabinetin “Fələstinliləri cilovlamaq” metodunu davam edəcəyi təqdirdə istefa verəcəyi ilə hədələyib.

Eyni zamanda Netanyahunun kabinetinin ekstrimist üzvləri fələstinlilərə qarşı gərginlik yaradan siyasətlər istəyirlər. Fələstin xalqı və Fələstin müqaviməti ötən həftə işğalçı qüvvələrin Nablusa hücumu və 11 fələstinlinin şəhid olmasından sonra xəbərdarlıq edib ki, onların səbri tükənib və bu cinayətlərə müqavimət əməliyyatları ilə cavab verəcəklər.

Sionist mühacirlər şənbə günü Netanyahunun Nazirlər Kabinetinin işğal olunmuş ərazilərdə məhkəmə islahatları ilə bağlı mübahisəli planına etirazların səkkizinci həftəsində küçələrə çıxıb və Netanyahudan bu hərəkətləri dayandırmağı tələb ediblər.

Bir neçə gün əvvəl Tel-Əviv kabinetində müxalifətin lideri “Yair Lapid” bəyan etmişdi ki, yarım ildən sonra İsrail daxildən parçalanacaq və cəmiyyəti bir-birinə qarşı müharibə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =