Bin Salman onunla əlbir olan hakimlərinin edamını istəyir-Foto

Bin Salman onunla əlbir olan hakimlərinin edamını istəyir-Foto

 “Dawn” hüquq müdafiə təşkilatı bir hesabatda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Səudiyyə vətəndaşlarının edamında onun əmrlərinə tabe olan 10 hakimin mühakimə olunmasını və edam edilməsini tələb etdiyini açıqlayıb.

“Dawn” İnsan Haqları təşkilatı bir hesabatda Səudiyyə Ərəbistanının dövlət prokurorunun Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın tələbi ilə “dövlətə xəyanət” ittihamı ilə 10 keçmiş hakimin edamını tələb etdiyini açıqlayıb.

 “Əl-Məyadin” kanalı saytının xəbərinə görə, Dawn öz hesabatında belə elan edib: Səudiyyə Ərəbistanında terror işlərinə baxan Ər-Riyadın ixtisaslaşmış cinayət məhkəməsinin bu məsələ ilə bağlı 16 fevral 2023-cü il tarixli ilk məxfi iclasında bir sıra hakimlər “böyük xəyanət”də ittiham olunub.

 “Dawn” təşkilatının Fars körfəzi bölgəsinin direktoru “Abdullah Əlaud” deyib: “Səudiyyə vəliəhdinin tələbi ilə bir çoxu Səudiyyə vətəndaşlarına qarşı sərt hökmlər çıxaran bu hakimlərə qarşı dəhşətli ittihamlar irəli sürülüb. Bu, Səudiyyə Ərəbistanında heç kimin amanda olmadığını göstərir!

Bundan əvvəl İxtisaslaşdırılmış Cinayət Məhkəməsinin “Abdullah bin Xalid Əl-Həydan” və “Əbdüləziz bin Mədavi Əl-Cabir” adlı bu iki hakiminin  Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulmasında birbaşa rolu barədə məlumatlar üzə çıxıb.

Əl-Həydan daha əvvəl qadın hüquqlarının tanınmış müdafiəçisi “Ləcin Əl-Həzlul”u həbsə məhkum etmişdi. Həmçinin, Əl-Cabir azyaşlıya ölüm hökmü çıxarıb və 2022-ci ilin martında kütləvi edamda edam edilən 81 nəfər də daxil olmaqla bir çox insanın edam edilməsində əli olub.

Bu qurum məlumatlı mənbələrə istinadən bəyan edib ki, hökumət 2022-ci il aprelin 11-də təqsirləndirilən hakimlərin həbs olunmasından sonra onların hüquqi məsləhət istəməsinə mane olub və onları hər hansı ünsiyyətdən uzaqlaşdırıb.

Maraqlıdır ki, səudiyyəli müxaliflərə qarşı çıxarılan hökmlər Səudiyyə hakimiyyətinin rəsmi göstərişləri əsasında verilib.

Bu hökmə ixtisaslaşdırılmış cinayət məhkəməsinin aşağıdakı 6 tanınmış keçmiş hakimi daxildir:

Abdullah bin Xalid Əl-Həydan, Əbdüləziz bin Mədavi Əl-Cabir, Cundəb Əl-Məfrəh, Əbdüləziz bin Fəhəd Əd-Davud, Təllal Əl-Həmidan və Fəhəd Əs-Səğir.

Bu günlərdə Amerikanın “Nyu York Times” qəzeti də “Ədalətsizlikdə bərabərlik… Səudiyyə Ərəbistanı müxaliflərə qarşı repressiyaları genişləndirir” başlıqlı xəbər dərc edərək Səudiyyə məhkəmələrinin hökuməti tənqid edən vətəndaşlar üçün əvvəlkindən daha sərt cəzalar tətbiq edəcəyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eight =