İran ən son hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib

İran ən son hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib

İran İslam Respublikası ordusu çərşənbə axşamı təlimlər keçirib.

APA xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Bu təlimlərdə ən son “Khordad 15”, “Khordad 3”, “Məcid” və “Dezfoul” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

Təlim zamanı İran hərbçiləri qısamənzilli Məcid və Dezful raket sistemlərinin imkanlarını qiymətləndirmək üçün qanadlı raketlər və idarə olunan pilotsuz uçuş aparatları ilə simulyasiya edilmiş hücum həyata keçirib.

Bundan əlavə, eyni vaxtda 6-ya qədər hədəfi izləyə bilən “Khordad-15” və “Khordad-3” orta mənzilli hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − eleven =