Qərb BƏƏ-yə təzyiq edir: Bu malları Rusiyaya göndərmə

Qərb BƏƏ-yə təzyiq edir: Bu malları Rusiyaya göndərmə

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ, AB və Böyük Britaniya rəsmiləri son həftələrdə ticarət məhdudiyyətlərinin bütün spektrini aydınlaşdırmaq üçün BƏƏ-yə səfər ediblər və ölkə rəsmilərinə potensial sanksiyalar pozuntularını bağlamaq üçün təzyiq ediblər.

ABŞ hökuməti BƏƏ-nin Rusiyanın müharibə səylərinə kömək etmək üçün yönləndirilə bilən elektronika kimi mallar üçün mərkəzə çevrilməsindən narahatdır. Müzakirələrlə tanış olan insanların fikrincə, məhdudiyyətlərdən yan keçməklə BƏƏ vasitəsilə malların daşınması zamanı “reeksport” deyilən məsələ xüsusi narahatlıq doğurur.

ABŞ-ın sanksiyalar koordinasiyası ofisinin rəhbəri Cames O’ breyn “bizim əsas xahişimiz odur ki, onlar təkrar ixracı dayandırsınlar və bu təkrar ixracın problemli olduğunu başa düşsünlər” deyib və əlavə edib ki, danışıqlar davam edir.

Rusiya gömrük məlumatlarına görə, keçən il BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq, təxminən 283 milyon dollara çatıb və bu istiqamətdə göndərilən ən böyük məhsul növü olub. 2022-ci ildə BƏƏ Rusiyaya bir il əvvəlkindən 15 dəfə çox mikroçip ixrac edib və bu məhsulların ticarəti 2021-ci ildəki 1,6 milyon dollardan ötən il 24,3 milyon dollara yüksəlib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 5 =