Təyyarə hava boşluğuna düşdü: 20 sərnişin yaralandı

Təyyarə hava boşluğuna düşdü: 20 sərnişin yaralandı

Publika.az xəbər verir ki, Almaniya Xəbər Agentliyinə (DPA) danışan aviaşirkətin sözçüsü Frankfurtdan Mavrikiyaya uçan “Condor DE2314” reysinin enişdən 2 saat əvvəl hava boşluğuna girdiyini bildirib.

Sözçü bildirib ki, silkələnmə nəticəsində heyət də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Xəsarət alanların sağlamlıqlarının yoxlanıldığını qeyd edən sözçü, təyyarənin kabinəsinin də zədələndiyini bildirib.

İçərisində 272 sərnişin və 13 nəfərlik heyət olan təyyarə yerli vaxtla saat 06:29-da Mavrikiyanın paytaxtı Port-Luis yaxınlığındakı hava limanına təhlükəsiz eniş edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 8 =