“Megastore”a BASQIN: əl-ayağını bağlayıb 181 minlik seyfi apardı

“Megastore”a BASQIN: əl-ayağını bağlayıb 181 minlik seyfi apardı

Gəncədə marketə basqın olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 2-də saat 6 radələrində Gəncə şəhərində yerləşən “Megastore” marketə girən şəxs mühafizəçi, şəhər sakini M.Həsənovun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək, əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb. Daha sonra oradan içərisində 157.151 manat, 6.040 ABŞ dolları və 18.100 rubl olan seyfi aparıb. Bu barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib və həmin seyf mağazaya yaxın ərazidə toxunulmamış və torpağa basdırılmış vəziyyətdə tapılıb. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən bu cinayət əməlini törədən və ya törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − twelve =