Azərbaycanın futzal millisi Yunanıstana qalib gələrək elit-raunda vəsiqə qazanıb

Azərbaycanın futzal millisi Yunanıstana qalib gələrək elit-raunda vəsiqə qazanıb

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Yunanıstan seçməsini qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 9-a çatdıran Azərbaycan yığması sonuncu matçın nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Komanda növbəti oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 4 =