BƏƏ-nin bu qərarı siyasi fikir ayrılığına səbəb ola bilər

BƏƏ-nin bu qərarı siyasi fikir ayrılığına səbəb ola bilər

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “The Wall Street Journal”ın xəbərini təkzib edən Əmirliyin bir neçə yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, BƏƏ səlahiyyətliləri bir neçə ildir ki, hansı ittifaqların ölkənin uzunmüddətli maraqlarına daha uyğun olacağını düşünür və zaman-zaman həqiqətən də OPEC-dən çıxmaq məsələsini gündəmə gətirirlər. Buna baxmayaraq, hazırda BƏƏ alyansı tərk etmək niyyətində deyil, çünki belə bir qərarın mənfi cəhətləri müsbət tərəflərini üstələyir.

“Bloomberg” qeyd edir: “Əgər BƏƏ qəfildən OPEC-dən çıxsa, bu, təkcə ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə deyil, həm də Fars körfəzindəki Küveyt və İraq kimi digər müttəfiqləri ilə siyasi fikir ayrılığına səbəb ola bilər”.

Qeyd edək ki, “The Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadla, BƏƏ-də neft hasilatını artırmaq üçün OPEC-dən çıxmaq ehtimalı ilə bağlı daxili müzakirələr apardığını bildirmişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − three =